"Fiorentina" Riberini gözləyir

13:46 - 19 Avqust 2019

İtaliyanın "Fİorentina" klubunun idman direktoru Daniele Prade "Bayern"dən ayrılan Frank Riberini transfer etmək istədiklərini açıqlayıb.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, klub rəsmisi 36 yaşlı yarımmüdafiəçinin qərarını gözlədiklərini deyib:

 

"Riberini çox istəyirik, ancaq o, varinatları götür-qoy edir. Onu transfer etmək istəyirik. Təəssüf ki, ərəb və rus klublarının təklif etdiyi maaşı qarşılaya bilmirik. Yüksək səviyyədə futbol oynamağa davam etmək istəyirsə, onu gözləyirik".

 

Rusiyanın "Dinamo" və "Lokomotiv" klublarının təcrübəli oyunçu ilə maraqlandığı bildirilir.

 

Fransa millisinin sabiq üzvü "Brest", "Mets", "Qalatasaray", "Marsel" və "Bayern" kimi klublarda çıxış edib. Riberi 2007-ci ildən çıxış etdiyi Münhen təmsilçisində 425 oyuna 124 qol vurub, 182 assist edib.

 

Xəbər xətti