"Beşiktaş" "Tottenhem"in vingeri Kevin-Jorj Nkudunu transfer edib.
Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu gecə İstanbula gələcək. Fransalı futbolçu tibbi müayinədən keçdikdən sonra 4 illik müqavilə imzalayacaq. "Qara qartallar" bu keçid üçün 3 milyon avrosundan keçəcək. Növbəti satışdan isə "Tottenhem"ə böyük pay veriləcək.
"Tottenhem" Nkudunu 2016-cı ildə "Marsel"dən 11 milyon avroya transfer edib. Londonlular Fransanın U-21 millisinin sabiq üzvünü "Börnli" və "Monako" klublarına icarəyə vermişdi.
saytlarin hazirlanmasi