"Linfild"in oyunu "Qarabağ"a görə təxirə salındı

14:14 - 24 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in Şimali İrlandiya Premyer Liqasının 4-cü turdakı oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Belfast təmsilçisi "Qarabağ"la cavab görüşünə daha hazırlıqlı çıxmaq üçün federasiyaya müraciət edib və müsbət cavab alıb.

 

"Mavilər" bu gün "Uerronpoynt Taun"u qəbul etməli idi.

 

"Linfild" "Vindsor Park"da reallaşan ilk görüşdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib.

 

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər xətti