PSJ-də daha iki ciddi

12:52 - 26 Avqust 2019

PSJ-də ciddi itkilər baş verib.

 

Sportal.az xəbər verir ki, "Tuluza"nı 4:0 hesabı ilə məğlub edən Paris klubunun iki ulduzu sıradan çıxıb. Komandanın hücumçuları - Kilian Mbappe və Edinson Kavani zədələnib. Kavani 14-cü dəqiqədə zədələnib və yerini Çupo Motinqə buraxıb. Mbappe isə 66-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

 

PSJ-də Abdu Diallo, Yulian Draksler, Tilo Kehrer, Ander Herrera və Layvin Kurzava kimi futbolçular da zədədən əziyyət çəkir.

 

Oyundan sonra Tomas Tuhel futbolçuların zədəsi barədə bunları deyib: "Kavani və Mbappenin zədəsinin nə dərəcədə ciddi olub-olmadığını bilmirəm. Ümid edirəm ki, qısa müddətdə bizimlə olarlar".

Xəbər xətti