Kirill Pançenko: "Ramil Şeydayevə uyğunlaşmaq lazımdır"

12:12 - 27 Avqust 2019

Rusiyanın “Dinamo” klubunun hücumameyilli yarımmüdafiəçisi Kirill Pançenko championat.com-a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu yeni transferlər barədə danışıb. Moskva klubunun təcrübəli futbolçusu hücum xəttində çıxış edən Maksimilian Filipp, Klinton Nji və Ramil Şeydayevlə rəqabət aparmaqdan çəkinmədiyini söyləyib:

 

“İstənilən rəqabətə hazıram, heç nədən qorxmuram. Maksimilian Filipp Bundesliqadan gəlib. Keyfiyyətli oyunçu olduğunu bilirəm və əsas heyətdə yer almaq üçün onunla mübarizə aparacağıq. Nji və Şeydayev isə fərqli futbolçudur. Nji sürətlidir və bu səbəbdən onunla oynamaq daha rahatdır. Ramil daha çox topu ayağında saxlayan, onu daşıyan taran tipli forvarddır. Şeydayevə uyğunlaşmaq lazımdır. Çox yaxşı irəliləyişə nail olan Slava Qrulyovu da unutmayaq”.

Xəbər xətti