"Fənərbaxça" Kameni ilə yolları ayırdı

13:20 - 28 Avqust 2019

"Fənərbaxça" illik 2,2 milyon avro məvacib alan qapıçısı Karlos Kameni ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu 35 yaşlı əlcək sahibi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

2017-ci ildən "Malaqa"dan "Fənərbaxça"ya keçən kamerunlu çərçivə qoruyucusunun müqavilə müddəti 2020-ci ilin yayında başa çatacaqdı.

Xəbər xətti