Əmrə Canı şoka salan qərar: "Sarri mənə səbəb deyə bilmədi"

"Yuventus"un Çempionlar Liqasının heyətinə daxil etmədiyi Əmrə Can "Bild" nəşrinə açıqlamasında komandanın baş məşqçisi Mauritsio Sarri barədə sərt danışıb.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü klubun ona verilən sözün üzərində dayanmadığını deyib:

 

"Son dərəcə şok oldum. Sarriylə görüşdüm. Danışığımız cəmi bir dəqiqə çəkdi və o, mənə bir səbəb deyə bilmədi. Bu durum məni əsəbləşdirir və üzür. Milli komandaların oyunlarından sonra qərarlarımı verib, klubla danışacam. Ötən həftə klub mənə başqa şey söylədi və söz verdilər. PSJ məni transfer etmək istəsə də, komandada qaldım. Şərt Çempionlar Liqasında oynamağım idi".

 

"Yuventus" Əmrədən başqa, Mario Mancukiçi də UEFA-ya sifariş etməyib. Bundan əlavə, zədəli olan Corco Kyellinin əvəzinə, Merih Demiralın adı yazılıb.

Tarix: 4 Sentyabr [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio