Tsetsadze: "Azərbaycan millisi yorğun idi"

01:37 - 11 Sentyabr 2019

Gürcüstanın U-21 millisinin baş məşqçisi Giorgi Tsetsadze AÇ-2021-in seçmə mərhələsində səfərdə Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, gürcü mütəxəssis yaxşı oynadıqlarını deyib:

 

"Birinci hissənin sonunda qol vurmağımız fasiləyə yüksək əhval-ruhiyyədə yollanmağımıza şərait yaratdı. Həm buna qədər, həm də sonrakı dəqiqlərdə qol epizodlarımız oldu. Onu hansı dəqiqədə reallaşdırmağın fərqi yoxdur, vacib olan bunu bacarmaq və qələbə qazanmaqdır. Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlüyümüzü artırdıq. Azərbaycan millisi yaxşı komandadır. Sadəcə, onlar 4 gün əvvəl məğlub etdikləri güclü Slovakiya ilə oyundan sonra yorğun idilər”.

Xəbər xətti