Mixael Şumaxerdən son xəbər

Parisin "Pompidou" klinikasına yerləşdirilən Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer əməliyyat olunacaq.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, 50 yaşlı keçmiş pilotun ailəsi ona hüceyrə köçürülməsinə qərar verib. Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.

 

2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan Şumaxer kəllə-beyin travması almışdı. Almaniyalı pilot komadan ayılmayıb.

Tarix: 11 Sentyabr [14:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio