Renat Dadaşov "Pasuş Ferreyra"da rəqabətə tab gətirmir

13:32 - 13 Sentyabr 2019

Azərbaycan millisinin üzvü Renat Dadaşov Portuqaliyanın "Pasuş Ferreyra" klubunda əsas heyət üzvü kimi düşünülmür.

 

Sportal.az zerozero.pt saytına istinadən xəbər verir ki, 20 yaşlı forvard Premyer Liqa təmsilçisində rəqabətə tab gətirə bilmir. Duqlas Tanke, Renat Dadaşov və Dioqo Almeyda əvvəlki oyunlarda şans əldə etsələr də, autseyder komandaya kömək edə bilməyiblər.

 

Hücum xəttində braziliyalı forvard Veltonun əsas heyət üzvü olacağı gözlənilir. Çempionatın V turunda "Famalikau" ilə oyunda Veltonun start heyətdə yer alacağı ehtimal edilir.

 

Renat yayda Portuqaliyanın "Eştoril" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"a keçib. "Canavarlar" Azərbaycan millisinin üzvünü "Pasuş de Ferreyra"ya bir illik icarəyə verib.

Xəbər xətti