Antonio Konte: "Slaviya" ilə oyun bizi əsəbləşdirdi"

İtaliya A Seriyasının IV turunda "Milan"ı 2:0 hesabı ilə məğlub edən "İnter"in baş məşqçisi Antonio Konte oyundan sonra açıqlama verib.

 

Sportal.az "Football Iitalia"ya istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis nəticəni şərh edib:

 

"Derbi oyunlar hər zaman xüsusi olur. Belə oyunlarda nələrisə təxmin etmək çətindir. Qələbəni haqq etdik. Futbolçularım ortaya yaxşı oyun qoydu. Çempionlar Liqasında "Slaviya" ilə heç-heçə etməyimiz, bəlkə də həmin oyuna yaxşı hazırlaşmamağımızdan irəli gəldi. Sözü düzü, o matç bizi çox əsəbləşdirdi. Çempionata yaxşı başlamışıq və bundan məmnunam. Çempionlar Liqasına isə uğurlu start vermədik. Ancaq daha yaxşı olacağımıza inanıram. Yeni oyun sistemini aşılamaya çalışırıq".

 

Konte komandanın belçikalı hücumçusu Romelu Lukaku barədə bunları deyib:

 

"Lukaku möhtəşəm futbolçudur. Əminəm ki, daha yaxşı çıxış edə bilər. Bunu özünə də söylədim. Hələ 26 yaşı var və bura potensialı olduğu üçün gəlib. Növbəti oyunlarda vacib işlər görə bilər".

Tarix: 22 Sentyabr [13:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2019
22  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio