"Qəbələ" ilə oyuna qədər ərizənizi yazın, yoxsa sizi də istefaya göndərəcəyik" - "Forza Neftçi" qayıdır

21:35 - 22 Sentyabr 2019

"Neftçi"nin azarkeş qrupu "Forza Neftçi" tribunaya qayıtdığını bəyan edib.

 

Sportal.az xəbər verir ki, bu barədə fan-klub "facebook" səhifəsində məlumat yayıb:

 

"Sizə verilən beş turluq müddətin sonuna gəldik, qayıdırıq! "Neftçi"dən çirkli əllərinizi çəkməyin zamanı çoxdan keçib.


Hər cümləsində büdcədən danışan rəhbərlik özündən az büdcəli "Sabah", "Zirə", "Keşlə"ni uda bilmir. "Qəbələ" ilə oyuna qədər istefa ərizənizi yazın, yoxsa digər rəhbərliklər kimi sizi də biz istefaya göndərəcəyik".

 

"Qəbələ" - "Neftçi" oyunu sentyabrın 28-i keçiriləcək.

Xəbər xətti