Çempionlar Liqasının növbəti üç final matçının məkanları açıqlandı

UEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, 2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu  Almaniyanın Münhen şəhərində reallaşacaq. 2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.

 

2020/2021 mövsümündə Avropa Liqasının finalı İspaniyanın Sevilya şəhərində keçiriləcək. Həmin mövsüm UEFA Super Kubokunun matçını Şimali İrlandiyanın paytaxtı Belfast qəbul edəcək.

 

Bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin İcraiyyə Komitəsinin Lyublyanada keçirilən iclasından sonra mətbuat konfransında məlumat verib.

Tarix: 25 Sentyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio