FIFA Salahın səslərinin qeydə alınmamasının səbəbini açıqladı

FIFA "Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salahın "The Best" mükafatında səslərinin nəzərə alınmamasının səbəblərini açıqlayıb.

 

Sportal.az AP-yə istinadən xəbər verir ki, qurum Misir Futbol Federasiyasının şikayətinə rəsmi cavab verib. Səsvermədə imzaların böyük hərflərlə yazılmasına görə, sənədlər etibarsız sayılıb. Bundan əlavə, sənədi Misir Futbol Federasiyanın baş katibinin imzalamadığı vurğulanıb.

 

FIFA Misir Futbol Federasiyasından sənədlərin doğru doldurulması üçün avqustun 19-dək vaxtlarının olduğunu xatırladıqlarını qeyd edib.

 

FIFA-nın "The Best" mükafatını "Barselona"nın argentinalı hücumçusu Lionel Messi qazanıb.

 

Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini açıqlamışdı.

Tarix: 27 Sentyabr [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio