Samir Abasov: "Bəzi futbolçular sərt mübarizədən qaçırdı"

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində səfərdə “Keşlə”yə 0:2 məğlub olan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

 

- Oyunun aqressiv şəkildə gedəcəyi ilk dəqiqələrdən aydın. Rəqibi təbrik edirəm. Bu mübarizədə onlara uduzduq. Daha çox aqressiv olan tərəf qalib gəldi. Məhz bu komponentdə rəqibə uduzduq. Bəzi futbolçularımız sərt mübarizədən qaçırdı. Fakt budu ki, məğlub olduq.

 

- Günahı kimdə görürsünüz: özünüzdə, yoxsa futbolçularda?

- Günahkar axtarmayacağıq. Bu məğlubiyyətdə hamımızın payı var. Bu cür oyunlar çox olacaq. “Qarabağ” və “Neftçi”də fərdi ustalıq səviyyəsi olan futbolçular çoxdu. Digər rəqiblərlə matçlar isə gərgin keçəcək.

 

- Beş müdafiəçiylə oynamaq nə dərəcədə düzgün idi?

- Düzülüşü tez-tez dəyişməyin tərəfdarı deyiləm. Kim təminat verə bilər ki, 4 müdafiəçiylə oynasaydıq fərqli nəticə qeydə alınacaqdı?

Tarix: 29 Sentyabr [23:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio