"Qəbələ"də ciddi itki: uzun müddət oynamayacaq

Premyer Liqanın 6-cı turunda "Neftçi" ilə oyunda dizindən ciddi zədə alan "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov əməliyyat ediləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib:

 

"Rasim Ramaldanov əməliyyat olunmaq üçün ölkə xaricinə gedib. Bundan sonra 4-5 ay futboldan kənarda qalacaq. Onun əzələ bağları qırılıb. Çalışırıq ki, kollektivi formalaşdıraq. Onu layiqində əvəz edə biləcək futbolçularımız var".

Tarix: 6 Oktyabr [21:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2019
6  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio