Salah "Liverpul"u sevindirdi - "Mançester Yunayted"lə oyuna yetişəcək

Premyer Liqanın 8-ci turunda "Lester Siti" ilə oyunda zədələnən "Liverpul"un ulduzu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu milli komandaların oyunları ilə əlaqədər yaranan fasilədə zədəsini sağaldacaq. Misirli ulduzun 9-cu turda "Mançester Yunayted"lə oyuna yetişəcəyi gözlənilir.

 

Salah "Lester Siti"nin yarımmüdafiəçisi Hamza Çoudrinin kobud oyunundan sonra məcburi əvəzlənmişdi. Yurgen Klopp 22 yaşlı yarımmüdafiəçinin bilərəkdən kobud oynadığını və qırmızı vərəqə almadığı üçün mətbuat konfransında sərt sözlər işlərmişdi.

 

"Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 20-si Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Tarix: 8 Oktyabr [14:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio