UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz” bu gün növbəti oyununu keçirdi.
Sportal.az xəbər verir ki, təmsilçimiz qrupun aşkar favoriti hesab edilən “Benfika” ilə qarşılaşdı. Portuqaliya çempionu fasiləyə qədər 3 cavabsız top vurdu. İkinci hissədə də üstün tərəf Portuqaliya futzalçıları oldu. Düzdü, 27-ci dəqiqədə Murilonun cərimə zərbəsindən fərqi azaltmağa yaxın oldu, amma Ronkaqilyo əla reaksiya nümayiş etdirdi. Bir dəqiqə sonra Ramiz qapıçı ilə duelə yollandı və topu qolkiperin yanından auta vurdu. Azsaylı imkanlardan istifadə edə bilməyən təmsilçimiz ardıcıl 2 qol buraxdı.
“Araz” - “Benfika” (Portuqaliya) (0:3) 0:7
Qollar: A. Coelho, 01:57, N. İsmayılov, 05:39 (ö/q), Fits, 07:33, 35:20, Chaguinha, 31:13, 31:49, Tiago Brito, 34:20
Hakimlər: Damian Jaruchievicz (Polşa), Moşe Bohbot (İsrail), Nikola Jelic (Xorvatiya),
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)
Sarı vərəqlər: X. Bağırov, 19:01 // A. Coelho, 10:31, Robinho, 27:28
10 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 19:30
“Araz”: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov
Baş məşqçi: Joze Alesio Da Silva
“Benfika”: 15. Dieqo Roncagilo (q), 2. Chaguinha, 4. Andre Coelho, 10. Robinho, 18. Fernandinho, 12. Andre Sousa (q), 3. Jesus, 5. Fabio Cecilio, 6. Tiago Brito, 7. Bruno Coelho (k), 8. Rafael Henmi, 17. Fernando, 19. Fits
Baş məşqçi: Joel Rocha
saytlarin hazirlanmasi