Zaur Həşimov: "İstəmirəm ki, futbolçuların beynində əvvəlki məşqçidən fikirlər qalsın"

Azərbaycan Premyer Liqasında IX turun "Sabah" - "Zirə" oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki,  38 yaşlı çalışdırıcı əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Həddindən artıq yaxşı hazırlaşmışdıq. İlk danışdığımız şey o idi ki, əvvəlcə komandanın mübarizliyini qaytaraq. İkinci hissədə qol vurduq, bir az özümüzə qayıtdıq. Ən pisi odu ki, ehtiyatsızlıqdan qol buraxdıq. Ancaq 2-ci hissə başqa "Zirə" meydana çıxdı. Gələcək işimizi də bu mübarizliyin üzərində quracağıq.

 

- 1 əvəzləmə etdiz. Soni Nordeni meydana buraxmaq olmazdımı?
- Ötən oyun Soni Norde meydanda idi, bir az axsayırdı. Riçard Qadzeni tanıyırdım, oyunboyu da soruşdum ki, meydanda qala bilər, ya yox.

 

- Hər iki qolda Orxan Sadıqlı topu götürə bilərdi. Buraxılan toplarda onun nə qədər günahı vardı?
- Komandaya ilk dövrədən sonra gəlmişəm. Bu komandayla sona qədər gedəcəyik. Orxanın da arxasındayam. Səhvlər qaçılmazdı.

 

- Nicat Süleymanov son saniyəyə qədər yaxşı mübarizə apardı. Xüsusi nə isə çalışırmı?
- Nicatla dünən fərdi söhbətim olub. Çox sevinirəm ki, mənim sözlərimi qəbul edib. Ona güvənirik.

 

- Tellur Mütəllimov sanki oyuna uyğunlaşa bilmirdi.
- Tellur 3-4 gündü ki, məşqlərə başlayıb. Oyunçuların beynində əvvəlki məşqçidən bir az fikirlər var. Bunların qalmasını istəmirəm. Meydanın içində nüanslar var ki, onun üzərində çalışacağıq.

Tarix: 26 Oktyabr [20:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio