Emil Balayev: "Avropa zonası üçün mübarizəni davam etdirəcəyik"

13:52 - 27 Oktyabr 2019

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” klubu Qazaxıstan Premyer Liqasının 31-ci turunda “Kayrat”a 0:2 hesabı ilə uduzdu.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı qolkiper klubun saytına açıqlamasında oyunu şərh edib:

 

“Çempionat başa çatmayıb. İndi Avropa zonasından uzağıq. Qarşıda hələ oyunlar var və mübarizəni davam etdirəcəyik. İlk üçlüyə düşmək üçüb maksimum çox xal toplamaq haqda düşünürük”.

 

“Tobol” 31 turdan sonra 59 xalla 4-cüdür.

Xəbər xətti