“Neftçi” - “Qarabağ”: biletlərin qiymətləri açıqlandı

11:18 - 31 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “Neftçi” - “Qarabağ” matçının biletləri bu gün satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edəcək biletləri saat 15:00-dan etibarən “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

 

“Neftçi” - “Qarabağ” oyunu noyabrın 1-i “Bakcell Arena”da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Xəbər xətti