Ramil Şeydayev üçün yeni baş məşqçi

01:39 - 9 Noyabr 2019

Rusiya Premyer Liqa təmsilçisi "Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi Kirill Novikova tapşırılıb. 38 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

"Dinamo"da Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini Kirill Novikov yerinə yetirirdi.

 

Paytaxt təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cüdür.

 

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Dinamo"da çıxış edir.

Xəbər xətti