"Keşlə" "Neftçi"yə, "Qəbələ" "Səbail"ə qalib gəldi - YENİLƏNİB

19:00 - 9 Noyabr 2019

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib və 3:0 hesablı qələbə qazanıb. "Neftçi" isə "Keşlə"nin qonağı olub və məğlub olub - 1:2.

 

Tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

 

9 noyabr (şənbə)

“Qəbələ” – “Səbail” - 3:0

Qollar: Davit Volkov, 22, 45+2, Ülvi İsgəndərov, 90+2

Qırmızı vərəqə: Əli Sadıxov, 80 ("Səbail")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu, 15:00

 

“Keşlə” – “Neftçi” - 2:1

Qollar: Franko Flores, 63, Sezar Meza Kolli, 82 - Donald Gerye, 45+1

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”, 17:00

Xəbər xətti