Bosniya və Herseqovinada hakimlərin rüşvət qalmaqalı ölkə gündəmini dəyişdi

Bosniya və Herseqovinada polis çoxlu futbol hakimini saxlayıb.

 

Sportal.az xəbər verir ki, bəzi hakimlər vəzifələrində korrupsiyaya yol verib, pul və bahalı hədiyyələr qarşılığında oyunların nəticəsinə təsir edəcək qərarlarla yadda qalıblar. Hətta buna görə Bosniya və Herseqovina Futbol Federasiyasının rəhbəri İrfan Duriç də saxlanılıb və istintaqa cəlb edilib. Onunla yanaşı, bir neçə funksioner də sorğu-sual edilir.

 

Saxlanılan hakimlər arasında A siyahısına daxil edilən referilər də var. Onların arasında İliya Jivkoviç, Halis Poprenoviç, Kənan Bayraqtareviç, Miloş Qiqoviç və Zoran Qrbiç kimi hakimlər var.

Tarix: 11 Noyabr [17:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio