Səlahət Ağayev 50-yə çatdı

Azərbaycan Premyer Liqasının XI turu “Neftçi”nin qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper Bakı klubunun heyətində 50-ci çempionat oyununu keçirib. “Keşlə” ilə görüşdə 1:2 hesabı ilə uduzan “ağ-qaralar”ın qapıçısı bu matçlarda 46 top buraxıb. O, 2017/18 mövsümündə 11 (-11), ötən çempionatda 28 (-26), cari turnirdə 11 (-9) qarşılaşmada iştirak edib.


Səlahət Azərbaycan çempionatları tarixində “Neftçi”də 50 və daha çox oyun keçirən 6-cı qapıçıdır. Ağayev bu göstəricidə Elxan Həsənov (135), Saşa Stamenkoviç (98), Vladimir Miçoviç (92), Cahangir Həsənzadə (82) və Hüseyn Məhəmmədovdan (51) geri qalır.

 

Tarix: 12 Noyabr [12:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio