Xalq benzinin qiymətinə görə ayağa qalxdı, "Traktor"un oyunu təxirə salındı

17:27 - 20 Noyabr 2019

İranda yanacağın bahalaşmasına görə ötən həftədən başlayan kütləvi etiraz aksiyaları futbola da təsirsiz ötüşməyib.

 

Sportal.az xəbər verir ki, İran çempionatının bəzi oyunları bu səbəbdən təxirə salınıb.

 

Bu oyunlar arasında Cənubi Azərbaycan təmsilçisi “Traktor”un da matçı var. Federasiyanın qərarına əsasən, Təbriz təmsilçisinin noyabrın 22-də doğma "Səhənd" stadionunda “Şəhr Xodro” ilə keçirilməli oyunu baş tutmayacaq.

Xəbər xətti