AFFA millinin iki üzvünü Barselonaya göndərdi

16:27 - 25 Noyabr 2019

AFFA Azərbaycan U-17 millisinin iki üzvünü İspaniyaya təcrübə keçməyə göndərib.

 

Sportal.az xəbər verir ki, federasiya rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü - Rauf Rüstəmlini (“Qəbələ”) və Musa Musazadəni (“Qarabağ”) İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.

 

Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

 

Xəbər xətti