“Azərbaycanda oynamaq bizə qürur verəcək”

11:14 - 1 Dekabr 2019

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir AÇ-2020-in püşkatmasını şərh edib.

 

Sportal.az xəbər verir ki, federasiya rəsmisi Bakıda oynayacaqları üçün sevindiklərini deyib:

 

“Bizim məqsədimiz final mərhələsinə düşmək idi. Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyanı tariximizdə məğlub edə bilməmişik. Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. Azərbaycanda öz evimizdəki kimi oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq”.

 

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək. İyunun 13-də Uels - İsveçrə, 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Turnirin açılış oyunu olan İtaliya - Türkiyə matçı isə iyunun 12-də Romada oynanılacaq.

 

Xəbər xətti