İbrahimoviç "Milan"a keçir

17:31 - 3 Dekabr 2019

"Los-Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviç karyerasını keçmiş klubu "Milan"da davam etdirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. İsveçli futbolçunun "qırmızı-qaralar"la 6 aylıq müqavilə bağlayacağı gözlənilir.

 

Zlatan MLS klubunda 58 oyuna 53 qol vurub. 38 yaşlı futbolçu 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

Xəbər xətti