Zaur Həşimov: "Premyer Liqada belə stress olmur"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qolsuz heç-heçəni şərh edib:

 

"Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq. Görüş kifayət qədər stressli oldu. Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".

Tarix: 15 Dekabr [20:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio