Honda Niderland klubundan ayrıldı

16:35 - 23 Dekabr 2019

Yaponiya millisinin sabiq üzvü Keysuke Honda Niderlandın "Vitess"  klubundan ayrılıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi istədiyi kimi oynamadığı üçün ayrılıq qərarı verib.

 

Honda noyabrın 6-da "Vitess"lə müqavilə imzalamışdı. Yaponiyalı futbolçu daha öncə "Venlo", ÇSKA (Moskva), "Milan", "Paçuka" kimi klublarda çıxış edib.

Xəbər xətti