İvitsa Juniç "Qəbələ"nin hazırlığından danışdı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” Antalya toplanışının ilk iki gününü başa vurub.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın xorvatiyalı müdafiəçisi İvitsa Juniç hazırlıq prosesini klubun saytına açıqlamasında dəyərləndirib:

 

“Hazırlığa yanvarın 4-də Bakıda başladıq. Artıq iki gündür Türkiyədə məşq edirik. Toplanışın ilk günündən bütün futbolçular səylə çalışır, istəklidirlər. Məşqlərə başladığımız vaxtdan yaxşı hazırlıq keçirik. Komandada yüksək atmosfer var. Bunun da hazırlıq prosesinə müsbət təsiri böyükdür. Antalyadakı məşq qrafikimiz daha sıxdır. Mövsümün ikinci yarısına tam hazır olmaq üçün toplanış çərçivəsində həm fiziki, həm də texniki-taktiki hazırlıq üzərində çalışacağıq”.

 

Juniç toplanış çərçivəsində baş tutacaq yoxlama oyunlarının vacibliyinə də toxunub: “Bakıda gerçəkləşən hazırlığı MOİK-lə qarşılaşma ilə başa vurduq. 4:0 hesablı qələbə səfərə yüksək əhval-ruhiyyə ilə çıxmağımıza səbəb oldu. Türkiyədə daha 4 matça çıxacağıq. Məşqlərlə yanaşı, bu qarşılaşmaların da faydası böyükdür. Hazırlıq prosesində üzərində çalışdığımız texniki-taktiki elementlərin icrasını oyunda görmək səmərəli olacaq. Bu görüşlərə yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, matçlarda yaxşı oyun nümayiş etdirib, mövsümün ikinci yarısına tam hazır olacağıq”.

Tarix: 13 Yanvar [17:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Yanvar 2020
21  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio