"Qarabağ"dan maraqlı paylaşım - FOTO

İngiltərənin "Bornmut" klubu mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə İtaliyanın "Milan" klubuna icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesabında bosniyalı qapıçıya xidmətlərinə görə təşəkkür edib: 

 

"İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!"

 

Media xidmətinin təşəkkür mesajına klubun sadiq azarkeşləri də qoşulub. Onlar 32 yaşlı qapıçıya gələcək karyerasında uğurlar arzulayıblar.

 

Beqoviç "Qarabağ"da 17 oyun keçirib. O, "Milan"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

 

Tarix: 14 Yanvar [00:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Yanvar 2020
21  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio