Beqoviç "Milan"da debüt etməyə hazırlaşır - Donnarumma sıradan çıxdı

"Milan"ın qapıçısı Canluici Donnarumma İtaliya A Seriyasının 19-cu turunda "Kalyari" ilə matçda zədələnib.

 

Sportal.az xəbər verir ki, italiyalı qapıçı zədə səbəbindən bir neçə oyunda iştirak etməyək. 20 yaşlı qolkiperin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Komandanın baş məşqçisi Stefano Piolinin Donnarummanın əvəzinə yeni transfer Asmir Beqoviçə şans verəcəyi gözlənilir.

 

"Milan" yanvarın 15-i İtaliya kubokunda SPAL-la qarşılaşacaq.

 

Asmir Beqoviç mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. "Bornmut" 32 yaşlı bosniyalı qapıçını "Milan"a mövsümün sonuna qədər icarəyə verib.

Tarix: 14 Yanvar [13:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio