"Kəpəz" 6 futbolçunun transferini açıqladı

16:50 - 4 Fevral 2020

“Kəpəz” qış fasiləsi müddətində heyətinə yeni futbolçular cəlb edib.

 

Sportal.az xəbər verir ki, komanda 6 oyunçu ilə güclənib. “Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Tural Qürbətovu rənglərinə bağlayıb.

 

Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.

 

Xəbər xətti