"Səbail" konqolu futbolçunu transfer etdi - RƏSMİ

18:28 - 12 Fevral 2020

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Mabidi son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien"in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

Xəbər xətti