Türkiyə millisinin üzvü "Milan"ın hədəfində

"Milan" yeni mövsüm müdafiənin sağ cinahını gücləndirmək istəyir.

 

Sportal.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" PSV-dən Denzel Dyumfirslə "Lill"dən Mehmet Zeki Çeliki transfer hədəfinə alıb.

 

Məlumata görə, "Milan" hər iki klubla danışıqlar aparacaq və ən azı bir futbolçunu transfer etməyə çalışacaq.

 

"Lill" Mehmet Zeki Çeliki 2018-ci ildə "İstanbulspor"dan 2,5 milyon avroya transfer edib. 23 yaşlı futbolçu Türkiyə millisinin üzvüdür.

 

PSV Dyumfirsi 2018-ci ildə "Heerenveen"dən 5,5 milyon avroya alıb. 23 yaşlı müdafiəçi Niderland millisinin üzvüdür.

Tarix: 14 Fevral [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Fevral 2020
25  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio