İlham Əliyev İqor Ponomaryovu "Şöhrət" ordeni ilə təltif etdi

Prezident İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sportal.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilib.

 

"Neftçi"nin veteran futbolçusunun bu gün 60 yaşı tamam olur. Keçmiş yarımmüdafiəçi 1978-1981, 1983-1989-cu illər ərzində “Neftçi”nin heyətində 246 oyun keçirib, 70 qol vurub. 1988-ci ildə SSRİ Olimpiya yığmasının heyətində qızıl medal qazanmış Ponomaryov Azərbaycan milli komandasının baş məşqçisi (2000-2001) vəzifəsində də çalışıb.

Tarix: 24 Fevral [14:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio