Kamalın çıxış etdiyi çempionatın oyunları təxirə salındı

11:48 - 3 Mart 2020

Küveytdə bütün idman yarışları 2 həftəlik təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna koronavirus epidemiyasının sürətlə yayılması səbəb olub. Virus səbəbindən ölkənin əsas futbol liqasındakı oyunlar 2 həftə baş tutmayacaq.

 

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl Salmiyə" klubunda çıxış edir. Onun komandası 14 turdan sonra 26 xalla 3-cüdür. 25 yaşlı yarımmüdafiəçi komandanın aparıcı simalarından biridir.

 

Ötən gün Asiya Çempionlar Liqasının oyunları təxirə salınmışdı.

Xəbər xətti