Faruk Hacibeqiç: "Qrupda 1-ci yeri tutmaq istəyirik"

23:58 - 3 Mart 2020

Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 62 yaşlı bosniyalı mütəxəssis bunları söyləyib:

 

"Ümid edirəm ki, yoldaşlıq oyunlarından düzgün şəkildə istifadə edəcəyik. Qalib komanda ruhu yaradacağımıza inanıram. Qrup oyunlarda birgə hücum edəcəyik, ancaq hamıya hörmətlə yanaşmalıyıq. Püşkdən məmnunam. Son nəticələrimizə görə ehtiyatlı olmalıyıq. Qrupda favorit ola bilərik, amma hər şeyi ciddi qəbul etməliyik. Hirsli olmalıyıq, qrupda 1-ci yeri tutmaq istəyirik. Digər rəqiblər də bunu istəyir, əminəm".

 

Kipr, Monteneqro, Azərbaycan və Lüksemburq yığmaları Millətlər Liqasında eyni qrupda mübarizə aparacaqlar.

Xəbər xətti