Kuman "Barselona"nın təklifini qəbul etməyib

14:19 - 4 Mart 2020

Niderland millisinin baş məşqçisi Ronald Kuman “Barselona”nı çalışdırmaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis “Barselona”nın Ernesto Valverde ilə yolları ayırdıqdan sonra ona təklif göndərdiyini deyib. Niderlandlı mütəxəssis millidə qalmaq fikrində olduğu üçün təklifi qəbul etməyib.

 

Kuman 1989-1995-ci illərdə “Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırır.

Xəbər xətti