UEFA ofsaydla bağlı yenilik gətirir

UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:

 

“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundan kənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xəttləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".

 

Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib

Tarix: 7 Mart [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Aprel 2020
31  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected].ru | site by Five studio