"Hesab gözlənilməz oldu" - Elmar Baxşıyev darmadağını şərh etdi

Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (5:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

“Hesab bizim üçün də gözlənilməz oldu. Bilirdik ki, bizi çətin oyun gözləyir. “Sumqayıt” heyətində yaxşı futbolçular olan bir komandadır. Bu, çox təhlükəli rəqibdir. Komanda həftə ərzində hazırlaşdığımız və istədiyimiz oyunu meydanda göstərdi. Bu da bizi sevindirməyə bilməz. Üzərində işlədiklərimizi meydanda gördük. Qış fasiləsindən sonra bizə bir az çətin olacağını bilirdik.

 

Bəzi oyunçular komandanı tərk etmişdi, yeni gələnlərə adaptasiya üçün vaxt lazım idi. Komanda şəklində istədiyimizi ala bilmirdik. Klesio Bauk bir ilə yaxındır komandadadır. Onun oyunu həm bizi, həm azarkeşləri sevindirməyə bilməz. Bu onun tam potensialı deyil. O, hətta çempionatın tapıntısı ola bilər. Böyük hesablı qələbə gözləmirdik.  Müəyyən boşluqlar görmüşdük və onların üzərində işləyirdik”.

Tarix: 7 Mart [18:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Aprel 2020
1  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio