"Slovan"ın Ramil Şeydayev planı

14:14 - 14 Mart 2020

Çex Respublikasının “Slovan” klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi heyətinə cəlb etməkdə israrlıdır.

 

Sportal.az xəbər verir ki, Liberets təmsilçisinin "Sabah"ın oyunçusuna edəcəyi təklifin detalları müəyyənləşib.

 

Bakı klubu ilə mövsümün sonuna qədər müqaviləsi olan 24 yaşlı forvarda çexlər yayda 2 illik müqavilə təklif etməyi planlaşdırırlar. "Slovan"ın məşqçilər korpusu Şeydayevin oyununa son dəfə canlı baxmaq üçün milli komandamızın mayın 26-da Antalyada Türkiyə ilə keçirəcəyi yoxlama görüşünü tribunadan izləyəcək.

 

Ramil Şeydayev qış fasiləsində Moskva "Dinamo"sundan ayrılaraq "Sabah"a keçib (apasport.az).

Xəbər xətti