Kamalın çıxış etdiyi çempionatın oyunları avqusta qədər təxirə salındı

12:12 - 24 Mart 2020

Küveytdə futbol liqaları avqusta qədər təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna koronavirus pandemiyasının sürətlə yayılması səbəb olub. Mövsümün ləğv edilməsi barədə də müzakirələr davam edir.

 

Daha öncə çempionatın oyunları aprelə qədər təxirə salınmışdı.

 

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl Salmiyə" klubunda çıxış edir. Onun komandası 14 turdan sonra 26 xalla 3-cüdür. 25 yaşlı yarımmüdafiəçi komandanın aparıcı simalarından biridir.

Xəbər xətti