"Çelsi"dən ayrılacağını açıqladı

İspaniyalı futbolçu Pedro Rodriqes "Çelsi"dən ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı vinger yayda başa çatacaq müqaviləsini uzatmayacağını deyib:

 

"Mövsümün sonunda "Çelsi"dən ayrılacağam. İyunun 30-da müqaviləm bitir. Ancaq indi problemlə üzləşmişik. Koronavirusa görə normal həyat sürmürük".

 

Pedro 2015-ci ildə "Barselona"dan "Çelsi"yə keçmişdi. İspaniya millisinin üzvü bu mövsüm 12 oyunda 1 qol vurub, 1 assist edib.

Tarix: 26 Mart [00:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio