"Liverpul" geri addım atdı

200 işçisini tətilə göndərib, məvaciblərinin 20 faizini klubun, qalan hissəsini isə dövlətin ödəyəcəyini açıqlayan "Liverpul" qərarını dəyişib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" etirazlardan sonra geri addım atıb. Klubun direktoru Peter Mur bu barədə danışıb:

 

"Məqsədimiz işçi çıxartmaq və ya maaş azaltmaq deyildi. Klubun işçilərini qorumaq istəyirik. Ancaq yanlış qərar verdiyimizi gördük. Bundan üzgün olduğumuzu deməliyəm".

 

Mur bu qərarın yerinə başqa variantlara baxacaqlarını deyib.

Tarix: 7 Aprel [10:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2020
20  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio