"Sumqayıt" "Yaxın keçmişə səyahət"i davam etdirir

“Sumqayıt” FK 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdirir.

 

Sportal.az xəbər verir ki, klub bu dəfə 10 illik tarixində komandanın heyətində ən çox 10 oyun keçirmiş futbolçu haqqında məlumat verib.

 

2013-cü ildən komandanın şərəfini qoruyan Vurğun Hüseynov siyahıya başçılıq edir. Kapitan ümumilikdə “Sumqayıt”ın heyətində 164 oyun keçirib. Ondan 4 oyun az keçirən, hazırda “Zirə”də çıxış edən Bəxtiyar Həsənalızadə (160 oyun) bu siyahıda 2-ci, hazırda “Keşlə”nin kapitanı olan Slavik Alxasov (128 oyun) isə üçüncüdür.

 

İlk onluqda yer alan və hazırda komandanın şərəfini qoruyan digər futbolçular isə hücumçumuz Amil Yunanov və klubun yetirməsi Xəyal Nəcəfovdur. Adıçəkilən futbolçular siyahıda müvafiq olaraq 91 oyunla 4-cü və 79 oyunla 9-cu sırada qərarlaşıblar.


“Sumqayıt”ın heyətində 10 illik tarix ərzində ən çox oyun keçirmiş futbolçular:


1. Vurğun Hüseynov – 164
2. Bəxtiyar Həsənalızadə - 160
3. Slavik Alxasov – 128
4. Amil Yunanov – 91
5. Aleksandr Çertoqanov – 85
6. Pərdis Fərcad-Azad – 84
7. Samir Abasov – 82
8. Murad Ağayev – 81
9. Xəyal Nəcəfov – 79
10. Uğur Pamuk – 78.

Tarix: 11 Aprel [11:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Oktyabr 2020
30  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio