Beyl "Real"da qalmaq istəyir

15:55 - 14 Aprel 2020

Qaret Beyl “Real”dan ayrılmaq istəmir.

 

Sportal.az xəbər verir ki, Madrid klubu uelsli futbolçunu satmaq fikrində olsa da, oyunçu komandada qalmaqda israrlıdır.

 

Beylin ailəsi Madriddə özünü rahat hiss etdiyi üçün futbolçu ayrılığa müsbət yanaşmır.

 

30 yaşlı vinger 2013-cü ildən "kral klubu"nda çıxış edir. "Real"ın yayda Beyli satacağı iddia edilir.

Xəbər xətti