Frank de Bur: "Kaş koronavirusa yoluxardım"

MLS təmsilçisi "Atlanta Yunayted"in baş məşqçisi Frank de Bur koronavirus pandemiyası ilə bağlı maraqlı açıqlama verib.

 

Sportal.az "AD" qəzetinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis COVID-19 testinin mənfi çıxmağına təəssüfləndiyini bildirib:

 

"Koronavirus testim mənfi çıxdı, amma müsbət çıxmağını istəyirdim. Belə olsaydı, xəstəxanaya yerləşdirilib, müalicə olunacaqdım. Sağalıb, immunitetimin güclü olduğunu biləcəkdim".

 

49 yaşlı çalışdırıcı çempionatların davam etdirilməsini istədiyini söyləyib:

 

"Oynamağa davam etsəydik, yaxşı olardı. Qaliblər meydanda müəyyənləşməlidir. Niderlandda pis vəziyyətin düzəlməyə doğru getdiyini görürük".

Tarix: 15 Aprel [17:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio